45 yaşlı kişinin qaçırdığı qız ailəsinə qaytarıldı

45 yaşlı kişinin qaçırdığı qız ailəsinə qaytarıldı
Bərdə rayonunda evlənmək məqsədilə qaçırılmış qız tapılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Gundeminfo.az-a bildirilib ki, keçirilmiş tədbirlərlə qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılıb. O, ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən evlənmək məqsədilə qaçırılması iddia edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...