Rusiyada dəmiryol körpüsü partladıldı

Rusiyada dəmiryol körpüsü partladıldı
Rusiyanın Samara vilayətində dəmiryol körpüsündə partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər bu gün səhər saatlarında dəmir yolunun Zvezda-Çapayevsk adlanan hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib.

Moskvadan gələn qatarların hərəkəti dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...