Bakı Dövlət Sirkinin pul seyfi oğurlandı

Bakı Dövlət Sirkinin pul seyfi oğurlandı
Bakı Dövlət Sirkinin bilet satışı kassasını oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş Əfqan Cəfərov (ad-soyad şərti) həbs edilib.

Narkotik istifadəçisi olan Əfqan Cəfərov Bakı Dövlət Sirkinin bilet kassanın şüsəsini sındıraraq, oradan içərisində 650 manat pul olan seyfi oğurlayıb.

Təqsirləndirilən şəxsin 16 noyabr 2022-ci ildə “Caspian Servise” MMC-nin anbarından oğurluq etməsi də məlum olub. Onun şirkətin anbarına pəncərədən daxil olaraq 190 manat dəyərində bir ədəd perforatoru, 110 manat dəyərində naqilsiz burğu cihazını, 30 manat dəyərində naqilli burğu cihazını, hər biri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində üç ədəd 5 metrlik metrələri, hər biri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində iki ədəd oboy bıçağını, 20 manat dəyərində bir ədəd əyri burğu başlığını, hər biri 5 manat olmaqla ümumilikdə 20 manat dəyərində dörd ədəd 8-lik burğu başlığını, hər biri 4 manat olmaqla ümumilikdə 16 manat dəyərində dörd ədəd 8-lik burğu başlığını, hər biri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində iki ədəd 7-lik burğu başlığını, 30 manat dəyərində bir ədəd alçipan mişarını, 10 manat dəyərində bir ədəd kəlbətini, hər biri 15 manat olmaqla ümumilikdə 90 manat dəyərində altı ədəd burğu başlığını, 20 manat dəyərində bir dədə dəmir qayçını, 200 manat dəyərində bir ədəd balaca laqondanı, 250 manat dəyərində bir ədəd perforatoru, 8 manat dəyərində 12 metrlik uzadıcı olan bir ədəd elektrik naqilini, 100 manat dəyərində bir ədəd mikseri və 100 manat dəyərində kondinsioner borularını da oğurlaması müəyyənləşib.

Məhkəmənin qərarı ilə Əfqan Cəfərova 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...