Bəxtiyar Hacıyevin şikayəti təmin edilmədi

Bəxtiyar Hacıyevin şikayəti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı verilən qərardan apellyasiya şikayətinə baxılıb.
Yeniavaz.com xəbər verir ki, vəkil Aqil Layıc məhkəmənin şikayəti təmin etmədiyini bilirib.
Qeyd edək ki, yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılıb.
Daha əvvəl isə ötən il dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib, barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanıb və ona ittiham verilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
75 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...