Ermənistan yığması Avropa çempionatının seçmə oyunlarına gedə bilmədi

Ermənistan yığması Avropa çempionatının seçmə oyunlarına gedə bilmədi
21 yaşadək futbolçulardan ibarət Ermənistan yığması Avropa çempionatının seçmə mərhələsində İsveç və İslandiya ilə keçirəcəyi oyunlar üçün Kiprə yollana bilməyib.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın bir neçə oyunçusunun koronavirusa yoluxması səbəb olub.

Qurum uyğun yaşda olan yeni futbolçuların qısa müddətdə ölkəni tərk etməklə bağlı icazənin alınmasında çətinliyi nəzərə alaraq bu addımı atıb.

Yığmanın görüşləri Larnaka şəhərindəki Antonis Papadopoulos stadionunda olmalı idi. UEFA məsələ ilə əlaqədar Ermənistana rəqib olan ölkələrin federasiyalarını məlumatlandırıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...