“Lalə Azərtaş məndən 70 min tələb edirdi” - AĞIR İTTİHAM

“Lalə Azərtaş məndən 70 min tələb edirdi” -
Əməkdar artist Cavanşir Məmmədov tanınmış teleaparıcı Lalə Azərtaşa qarşı ağır ittihamlar səsləndirib.

Hurriyyet.az xəbər verir ki, müğənni Azərtaşın ondan 70 min manat pul tələb etdiyini iddia edib.

C.Məmmədov bu haqda qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb və L.Azərtaşla barışmaq niyyətinin olmadığını, onu məhkəməyə verəcəyini açıqlayıb:

"5 aydan sonra yox, heç 50 ildən sonra Lalə Azərtaşla barışmayacağam. O, verilişində çox böyük səhv buraxıb. Başından böyük səhv buraxıb. Lalə elə bilir ki, Cavanşir adi bir müğənnidir və heç nədən başı çıxmır. O, bunların nəticəsini görəcək. Həyat yoldaşımın xəstəlik kağızını ona göstərib, demişdim ki, 2 dəfə insult keçirib. O isə inanmırdı. Yalnız xanımımın xəstəlik kağızını oxuyandan sonra "rəngi qaçdı". Mənə deyirdi ki, kürəkənindən pulu geri alsan 70 minini mənə verməlisən. Sən mənimlə pul qazanmışdın, Lalə?! Əgər pulu alsam onun müəyyən hissəsini "Yaşat" fonduna ianə edəcəyəm, qazilərə və şəhid ailələrinə verəcəyəm. Sən kimsən axı?! Biz səninlə qurtardıq!”

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) ittihamların qarşısını almaq üçün müğənniyə reklamlara keçid edəcəklərini deyib və onu dayandırıb.

Sözügedən kadrları təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...