Bayram Səfərov: “Şuşaya ilk olaraq qəzalı binalarda yaşayanlar köçürüləcək”

Bayram Səfərov: “Şuşaya ilk olaraq qəzalı binalarda yaşayanlar köçürüləcək”
“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”.

Bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib.

“Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, - icra başçısı qeyd edib.

O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...