Qarabağ əlillərinə verilən evlər geri alına bilər? - RƏSMİ AÇIQLAMA

Qarabağ əlillərinə verilən evlər geri alına bilər? -

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev və maşınlar verilir.

2021-ci ilin planı üzrə təkcə iyun ayınadək artıq 530 mənzil təhvil verilib. Ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9730 mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edilib. Bu kateqoriyalardan olan vətəndaşlara həmçinin sosial ödənişlərin artırılması istiqamətində addımlar atılır, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərini əhatə edən sosial dəstək göstərilir. Lakin bu kateqoriyadan olan insanlara verilən evlərə şəhadətnamə (kupça) təqdim olunmur ki, bu da narazlıq yaradır.

Bundan başqa, onlara verilən ev və maşının hansı hallarda geri alınacağı müzakirə mövzusudur.

Yəni əlilliyin yenidən təyin ediləcəyi müddətdək şəxs əgər sağalarsa, ona verilən əmlak geri alına bilərmi?

Bununla bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, müharibə əlilinə verilən fərdi ev, mənzil və ya avtomobil təqdim olunduqdan sonra onların geri alınması həyata keçirilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
435 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...