Qətl baş verən “Beerlin Pub”da yenə kütləvi dava

Qətl baş verən “Beerlin Pub”da yenə kütləvi dava
Avqustun 29-da axşam saatlarında mühafizəçinin müştərini döyərək öldürdüyü, iş adamı Ceyhun Həsənova məxsus “Beerlin Pub” kafesi fəaliyyətə başladıqdan bir neçə gün sonra yenidən kütləvi davaların, ictimai asayişin tez-tez pozulduğu məkana çevrilib.

Obyektin yerləşdiyi yaşayış binasının sakinləri “Qafqazinfo”ya müraciət edərək bildiriblər ki, qətl baş verən gündən sonra iki gün kafe fəaliyyətini dayandırıb: ““Pub” işə başlayandan sonra hər gecə dava düşür, sərxoş adamlar obyektin önündə söyüş söyürlər.

Biz də evimizdə, ailəmizlə, uşaqlarımızla rahat yaşaya bilmirik. “Beerlin Pub” kafesinin rəhbərliyi buna şərait yaradır. Demək olar ki, hər gün axşam saat 11-dən gecə saat 1-ə o obyektin qabağında dava düşür. Ölən öldü, tutulan tutuldu, amma obyektin rəhbərliyi hələ də öz bildiyini edir”.

Qətl baş verən “Beerlin Pub”ın sahibinin kimliyi bilindi - Fotolar

Sakinlərin müraciətində qeyd edilir ki, sonuncu belə hadisə sentyabrın 12-də baş verib: ““Pub”dan sərxoş çıxan kişilər arasında dava düşdü, söyüşlər söyürdülər. Daha sonra əraziyə polislər çağırıldı, Post Patrul Xidmətinin 6 avtomobili gəlmişdi. Kafenin müştəriləri elə vəziyyətdəydilər ki, özlərini idarə edə bilmirdilər. Polisə müqavimət göstərirdilər, PPX əməkdaşları onları zor gücünə maşına mindirib ərazidən uzaqlaşdıra bildilər.

Gömrük inspektoru prokurorluğun verdiyi “nömrələnmiş” pulla tutulub

Amma bu da çıxış yolu deyil, çünki bu gün tutub aparırlar, səhəri gün axşam yenə dava düşür. Artıq 102 xidmətinə də məlumat vermişik, müvafiq qurumlar “Beerlin Pub” kafesinin rəhbərliyi barədə ölçü götürməlidirlər ki, biz öz evimizdə rahat yaşaya bilək”.

“Beerlin Pub” kafesinin rəhbəri Ceyhun Həsənov Bakıda restoranlar, “pub”lar və “cinemaclub”lar şəbəkəsinə malikdir.

Fotoda: Ceyhun Həsənov
Qətl baş verən “Beerlin Pub”da yenə kütləvi dava


Xatırladaq ki, tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyərək öldürüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.
Qətl baş verən “Beerlin Pub”da yenə kütləvi dava

Fotoda: Orxan Şahbazov

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...