AMEA-nın televiziyası fəaliyyətə başlayır

AMEA-nın televiziyası fəaliyyətə başlayır


AMEA Rəyasət Heyətinin iclasında Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının “Elm TV” kanalının rəsmi saytının yaradılmasına dair qərar qəbul olunub.

AMEA-dan APA-ya verilən məlumata görə, iki ilə yaxındır ki, fəaliyyət göstərən İnternet-televiziya hazırda www.science.gov.az portalında yayımlanır. “Elm TV”-nin rəhbəri Xatirə Cabbarzadə şəbəkə televiziyasının saytının yaxın aylarda istismara veriləcəyini bildirib. Onun sözlərinə görə, hazırda veb-saytın yaradılması işləri yekunlaşmaq üzrədir.

TV rəhbəri AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq yaradılan, müxtəlif bölmələri və zəngin video-qalereyanı özündə əks etdirəcək veb-telekanalın elmtv.az domen adı altında fəaliyyət göstərəcəyini bildirib. “Elm” televiziyasının AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə vizual mənbə olduğunu bildirən X. Cabbarzadə əsas məqsədin elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılması olduğunu söyləyib.

O, saytda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin, xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətini əks etdirən videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin də əksini tapacağını qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...