Yol polisinin gözü qarşısında "protiv" gedən sürücü saxlanıldı - VİDEO

Yol polisinin gözü qarşısında "protiv" gedən sürücü saxlanıldı -

Bakıda əks yola çıxıb axına qarşı hərəkət edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99-NK-099 qeydiyyat nişanlı "Hyundai Genesis" markalı avtomobilin sürücüsü aprelin 12-i paytaxtın Yusif Səfərov küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Ərazidə xidmət aparan yol patrul xidməti inspektorları qayda pozan sürücünü görən anda məsuliyyətə cəlb etmək üçün onu saxlayıblar. Görüntülər avtomobildəki kameraya qeyd olunub.

Sürücü özü Avtosfer.az saytı ilə əlaqə saxlayaraq bildirib ki, törətdiyi əmələ görə cərimə olunub və ödəyəcək. Amma qayda pozuntusunun səbəbi odur ki, maşında xəstə olub və sürücü buna görə tələskənlik edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...