Vilayət Eyvazov MMX-yə yeni rəis təyin etdi

Vilayət Eyvazov MMX-yə yeni rəis təyin etdi
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elçin Xasıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi Məlumat Xidmətinin (MMX) rəisi təyin edilib.

Qeyd edək ki, bu vəzifənin əvvəlki sahibi polis polkovniki Vahid Nuriyev idi. O, ötən ay yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...