“Biz mülki əhalimizə təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırmışıq”

“Biz mülki əhalimizə təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırmışıq”
“Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz”.

APA-nın xəbərinə görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən “Smerç” yaylım-reaktiv atəş sistemlərindən istifadə edir.

“Ermənistan hazırda atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər rayonları atəşə tutur, gərginliyi daha da artırır və münaqişə ərazisindən kənara çıxır. Ermənistan münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın şəhərlərini öz ərazisindən atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmişdi. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur. Çünki beynəlxalq hüquqa əsasən, təhlükəsizliyi təmin etmək üçün təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququ var. Biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalini hədəf alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”, - deyə H. Hacıyev vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...