Məhərrəm Əliyevin qəzaya düşən nəvəsi ilə bağlı ailədən AÇIQLAMA

Məhərrəm Əliyevin qəzaya düşən nəvəsi ilə bağlı ailədən

Ötən gün Prezidentin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin nəvəsinin Rusiyada qəzaya düşməsi ilə bağlı məlumat yayılmışdı.

Gundeminfo.az bildirir ki, ailəsindən hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verilib. Bildirilib ki, söhbət Məhərrəm Əliyevin qızının oğlundan gedir.

Qeyd olunub ki, qəza onlara məxsus avtomobilin digər bir maşının sürücüsü tərəfindən vurulması nəticəsində baş verib. Qəza zamanı M. Əliyevin nəvəsi sükan arxasında olmayıb. Həmçinin vurğulanıb ki, insident xəsarətsiz ötüşüb.

Qeyd edək ki, ötən gün Məhərrəm Əliyevin nəvəsinin Moskvanın şimalında qəzaya düşməsi barədə xəbər yaymışdı. Məlumatda bildirilirdi ki, Moskvanın Bolşaya Akademiçeskaya küçəsində oğlanın idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil “Lexus”la toqquşub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...