Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
Azərbaycanda tütün məmulatlarına (siqaretə) ən çox Dağlıq Şirvan iqtisadi rayonunda – Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında yaşayan şəxslər tərəfindən pul xərclənir.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dağlıq Şirvan iqtisadi rayonunda bir nəfərin ay ərzində siqaret üçün sərf etdiyi vəsait orta hesabla 15,5 manata bərabərdir.
Bu məbləğ adambaşına düşən orta aylıq istehlak xərclərinin 4,3%-ni təşkil edir. Bu, həmçinin sözügedən rayonlarda təhsilə çəkilən xərclərdən təxminən 3 dəfə çoxdur. Belə ki, Dağlıq Şirvan iqtisadi rayonunda yaşayan insanların adambaşına düşən aylıq təhsil xərci 5,3 manatdır ki, bu da ümumi istehlak xərclərinin 1,5%-nə bərabərdir.
Qeyd edək ki, Azərbaycanda Abşeron-Xızı iqtisadi rayonu istisna olmaqla, digər iqtisadi rayonlarda tütün məmulatlarına sərf olunan vəsait təhsilə sərf olunan vəsaitdən çox olub.
Azərbaycanın iqtisadi rayonlarında siqaretə və təhsilə sərf edilən adambaşına düşən aylıq xərc aşağıdakı kimidir:
85 dəfə oxundu