Bakıdakı avtobuslarda arakəsmələr quraşdırılacaq

Bakıdakı avtobuslarda arakəsmələr quraşdırılacaq

Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərə avtobuslarda, eləcə də taksi fəaliyyəti göstərən şəxslərə avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması ilə bağlı tələb irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.

"Bu işin icrası ilə bağlı əlavə məlumat veriləcək", - o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...