İsraildə nazirlərə WhatsApp-dan istifadə qadağan edildi

İsraildə nazirlərə WhatsApp-dan istifadə qadağan edildi
İsrailin daxili təhlükəsizlik xidməti ŞABAK (Şin Bet) bu gün bütün hökumət üzvlərinə – nazirlərə – ictimai yerlərə çıxmağı və "WhatsApp" messencerindən istifadəni qadağan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "New militarycolumnist" məlumat yayıb.

Məlum qərar İrana qarşı həyata keçirilən hərbi əməliyyatlardan sonra təhlükəsizlik səviyyəsinin kəskin yüksəlməsi ilə əlaqələndirilir.

Mənbələrin məlumatına görə, bu fövqəladə qadağalar mümkün hücum risklərini və məlumat sızmalarını önləmək məqsədi daşıyır. Nazirlərin şəxsi təhlükəsizliyi ilə yanaşı, dövlət sirrinin qorunması da əsas prioritetlər sırasındadır.

İctimai yerlər dedikdə, kütləvi toplaşma məkanları, restoranlar, tədbirlər və ictimai nəqliyyat nəzərdə tutulur. Qadağanın müddəti hələlik gizli saxlanılır, lakin ehtimal edilir ki, təhlükə səviyyəsi azalana qədər qüvvədə qalacaq.

Bundan əlavə, nazirlərə WhatsApp-dan istifadə etməmək tapşırılıb, çünki bu platformada məlumatların təhlükəsizliyinə dair şübhələr mövcuddur. Rəsmi yazışmalar və əlaqə üçün alternativ, daha təhlükəsiz kanallar istifadəyə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...