Bakı avtovağzalı fəaliyyətini nə vaxt bərpa edəcək?

Bakı avtovağzalı fəaliyyətini nə vaxt bərpa edəcək?

Bakı Beynəlxalq avtovağzalı martın 19-dan etibarən fəaliyyətini dayandırıb.

Gundeminfo.az qazet.az-a istinadən xəbər verir ki, may ayının 4-dən sonra qeyd edilən regionlara gediş-gəliş Operativ Qərargahın qərarı ilə bərpa olunur. İnsanları maraqlandıran suallar içərisində isə paytaxt Bakıdan regionlar istiqamətində avtobusların fəaliyyətidir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova Qazet.az-a bildirib ki, istər avtovağzalın, istərsə də ərazidəki ticarət mərkəzinin fəaliyyəti barədə hələ ki, qərar qəbul edilməyib.

“Martın 19-dan etibarən avtovağzaldan gedişlər ləğv olunub. Karantin müddəti bitdikdən sonra, icazə verildikdən sonra fəaliyyət bərpa olunacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı olmalıdır. O zaman göstərişə əsasən lazım olan istiqamətlərdə işləyəcəyik. Ticarət mərkəzinin fəaliyyəti də qərardan asılıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...