Mollalar dəfnə gedəndə kimdən icazə alır: - QMİ-dən yox, yoxsa DİN-dən?

Mollalar dəfnə gedəndə kimdən icazə alır: -
Məlumdur ki, koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün ölkə ərazisində aprelin 5-dən başlayaraq xüsusi gücləndirilmiş karantin rejimi tətbiq olunub.

Karantin rejiminin qaydalarına görə vətəndaşlar ehtiyacları üzrə 8103 qısa nömrəsinə müvafi (1, 2 və 3) kodları göndərməklə icazə almalıdırlar. 3 kodu yaxın insanların vəfat etməsi ilə əlaqədar qohumların yaşadığı yeri tərk etməsi üçün nəzərdə tutulur.

Maraqlıdır, yas mərasimində iştirak edən mollalar da icazə almalıdırmı?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən ilahiyyatçı Tural İrfan mollaların da icazə almalı olduqlarını deyib:

“Bəzi mollaların yasda onsuz da aş yeməkdən və nağıl danışmaqdan savayı vəzifəsi yoxdur. Əgər ölü sahibi, qohumu, yaxını hər müsəlmana bilinməsi vacib olan cənazə namazını bilirsə, yasa heç molla lazım deyil. Çünki ölü üçün vacib olan qüsldən sonra yalnız namazdır. Vəssalam. Mollalar da qanuna tabe olmalıdır. Özü də xəstəliyi ən çox onlar yaya bilər. İslama görə təntənəli yas məclisi günahdır. Sadəcə, dəfn işini bilən bir adam, ağsaqqal yaxud gənc həmin işi icra edir, vəssalam. Yoxsa orada xüsusi bir “Amerika kəşf etməyə” lüzum yoxdur”.

Şüvəlan kəndinin din xadimi Hacı Nəsimi Cebhe.info-ya açıqlamasında karantin müddətində hələ yas mərasiminə dəvət almadığını deyib:

"Kəndin içində yas düşərsə, bəlkə də icazə almamaq olar. Amma yas kənar yerdədirsə təbii ki, icazə almaq lazımdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...