Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir - FOTOLAR

Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir -

Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir və tənha yaşayan, yaşı 65-dən çox olan sakinlər evlərində ziyarət edilir

Qaradağ rayonunda sakinlər xüsusi karantin rejiminə tabe olub, evdən çıxmırlar. Yaşı 65-dən çox olan və tənha yaşayan sakinlər Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş xüsusi mobil qrupların üzvləri tərəfindən evlərində ziyarət edilir və onlara ərzaq və dərman yardımı ilə köməklik edirlər

Qeyd edək ki, dezinfeksiya işləri də gündəlik olaraq rayonunun bütün qəsəbələrinin ərazisində də davam etdirilir. Dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilmişdir.

Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilmiş, bildirilmişdir ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.

Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılmışdır. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulmuşdur.

Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir -
Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir -
Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir -
Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir -
Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
62 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...