Ülviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRAR

Ülviyyə Ağayevanın lider olduğu dairə barədə

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən daxil olan müraciətə baxılıb.

Modern.az xəbər verir ki, bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. Onun sözlərinə görə, dairədən qeydə alınmış namizəd Mütəllim Rəhimov MSK-ya müraciət edərək, DSK-nın qərarının ləğvini, pozulmuş hüquqlarının təmin edilməsini istəyib. Namizəd həmçinin çoxsaylı qanun pozuntularının olduğunu iddia edərək, dairə üzrə seçkilərin nəticələrinin ləğvini tələb edib.

MSK üzvü qeyd edib ki, namizəd tərəfindən 6, 9, 13 saylı və digər məntəqələrində təqdim edilmiş protokolların fotoşəkillərini MSK-ya təqdim edib. Bu zaman müzakirələrə qoşulan MSK sədri Məzahir Pənahov isə bildirib ki, protokolların fotoşəkli etibarlı sənəd sayılmır.

Ramiz İbrahimov araşdırma zamanı dairə seçki komissiyalarının bəzilərində korlanmış bülletenlərin aşkar olunduğunu söyləyib. MSK sədri isə bu nöqsanlara yol verən DSK-ların cəzalandırılmalı olduğunu diqqətə çatdırıb. Dairədə 16 saylı seçki məntəqəsində eyni kabinada iki nəfərin eyni anda görüntüləndiyini qeyd edən Ramiz İbrahimov onlardan birinin seçici, digərinin isə müəyyənləşdirilməmiş şəxs olduğunu söyləyib. MSK üzvü qeyd edib ki, DSK üzvlərinin izahatına görə, digər şəxs seçkiyə kömək edən şəxs olub.

MSK üzvünün təklifi, komissiyanın ekspert qrupunun rəyi ilə namizədin müraciəti qismən təmin edilib.

Həmin dairənin 21 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.




Qeyd edək ki, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən lider namizəd Ülviyyə Ağayevadır.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...