Oqtay Əsədov AŞPA missiyasının üzvlərinə nə dedi?

Oqtay Əsədov AŞPA missiyasının üzvlərinə nə dedi?

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda seçkiləri Müşahidə Missiyası üzrə Müvəqqəti Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Virtualaz.org-un məlumatına görə, O.Əsədov Azərbaycanda seçki prosesi, seçki qanunvericiliyi, seçki komissiyalarının tərkibi və digər məsələlərə dair ətraflı məlumat verib. Milli Məclisin sədri Azərbaycanda demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri addımların atıldığını, prosesi izləyəcək müşahidəçilərin hamısına lazimi şəraitin yaradılığını söyləyib.

AŞPA-nın seçkiləri müşahidə missiyası üzrə Müvəqqəti Komitəsinin ilkin nümayəndə heyətinin rəhbəri Xordi Şukla səfər çərçivəsində çoxsaylı görüşlər keçirdiklərini, Azərbaycanda seçkiqabağı vəziyyətlə yaxından tanış olduqalarını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1003 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...