Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR

Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu -

2018-ci ildə Azərbaycanda bir yaşadək uşaqlar arasında 1547 ölüm halı qeydə alınıb.

Bu, 2017-ci illə müqayisədə azdır.

Belə ki, 2017-ci ildə bir yaşadək uşaqlar arasında 1700 ölüm olub.

2018-ci ildə şəhər yerlərində bir yaşa qədər körpələr arasında 1101, kənd yerlərində isə 446 ölüm qeydə alınıb.

Ölüm səbəblərinə gəlincə, 1001 körpə perinatal dövrdə meydana çıxan hallardan vəfat edib.

İkinci ən böyük səbəb anadangəlmə anomaliyalarla bağlıdır. Ötən il bir yaşa qədər 147 körpə bu səbəbdən ölüb.

Müvafiq dövrdə bir yaşadək 140 körpə tənəffüs sistemi xəstəliklərindən, 98-i sinir sistemi xəstəliklərindən, 35-i infeksion və parazitar xəstəliklərdən, 12-si travmalar, zəhərlənmələr və xarici səbəblərin digər təsirlərindən həyatını itirib.

Həzm sistemi xəstəliklərindən isə səkkiz körpə ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...