Azərbaycan maaş artımına görə MDB-də ikincidir

Azərbaycan maaş artımına görə MDB-də ikincidir


Azərbaycan 2005- 2014-cü illər ərzində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında orta aylıq əməkhaqqı nominalının artımına görə ilk üçlüyə daxil olub. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə MDB Dövlətlərarası Statistika Komitəsinin hazırladığı materiallarda bildirilir.

Məlumata əsasən, ilk üçlüyə bu ölkələr daxil olub: Rusiya – 553 ABŞ dollar artım, Azərbaycan 436 dollar, Qazaxıstan 419 dollar. Bu göstəricilərə görə, digэr yerlər belə sıralanıb: Belarus – 375 dollar, Ermənistan 267 dollar, Moldova – 186 dollar.
Son üçlük isə bu cür formalaşıb: Qırğızıstan – 165 dollar, Tacikistan - 138 dollar, Ukrayna – 136 dollar bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...