Azərbaycandan xaricə satılan giləmeyvənin həcçi artıb

Azərbaycandan xaricə satılan giləmeyvənin həcçi artıb


GUNDEMİNFO.AZ Bu ilin ilk yarısında Azərbaycan albalı və gilas ixracını 4,8% artırıb. Giləmeyvələr Rusiya və Qazaxıstana ixrac edilir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin iyulun 1-ə qədər albalı və gilas ixracı 7544 ton təşkil edib. Gömrük hesabatına görə, istehsal edilən giləmeyvələrin 30% ixrac edilir. Yalnız bu ildə RF-a 7484 ton yaxud giləmeyvə ixracının 98,6% satılıb.Ixrac həcmlərinin artması bu giləmeyvələrin daxili qiymətinə də təsir edir. Bu mövsümdə albalı və gilasın qiyməti 1,5 manatdan aşağı düşmədi. Ötən il bazarda yaxşı vəziyyətdə olan giləmeyvələrin 1 kq-ı 1 manat idi.

2014-cü ildə Azərbaycanda 33 390 ton albalı və gilas istehsal edilib, bu da ötən ildən 3,5% çoxdur. Istehsalın təxminən üçdə biri (10,1 min ton) Xaçmaz rayonu meyvəçilərinin payına düşür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...