Əhəd Abıyev vətəndaşlarla növbəti səyyar qəbul keçirib - FOTOLAR

Əhəd Abıyev vətəndaşlarla növbəti səyyar qəbul keçirib -

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu aprelin 3-də Gurbulaq kəndində keçirilib. Səyyar qəbulda rayonun idarə, müəssisə, xidmət təşkilatlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Gundeminfo.az xəbər verir ki, kənd ümumi orta məktəbində keçirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bu cür görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq yerlərdə davam etdirildiyini diqqətə çatdırıb.

Əhəd Abıyev vurğulayıb ki, Gurbulaq kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğılarının həlli istiqamətində ardıcıl işlər aparılır və hazırda kənddə 40 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi artıq başa çatdırılmışdır, yaxın günlərdə istifadəyə veriləcəkdir.

Sonra kənd sakinlərinin müraciətlərini dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin əksəriyyəti yerindəcə həll edilib, bir qismi isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Əhəd Abıyev vətəndaşlarla növbəti səyyar qəbul keçirib -
Əhəd Abıyev vətəndaşlarla növbəti səyyar qəbul keçirib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...