“Yeni Tərtər”in 10 yaşı tamam oldu FOTOLAR

“Yeni Tərtər”in 10 yaşı tamam oldu


8 illik fasilədən sonra 2005-ci ilin avqust ayının 20-dən “Yeni Tərtər” adı ilə yenidən fəaliyyətə başlayan rayon qəzetinin on yaşı tamam oldu. Bu münasibətlə redaksiyada keçirilən tədbir də rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak etmişdir. Tədbiri “Yeni Tərtər”in redaktoru Tofiq Yusif açaraq qəzetin keçdiyi keçməkeşli yoldan danışdı. Redaksiyanın kollektivi ilə qonaqları tanış etdi. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov mətbuat işçilərini “Yeni Tərtər”in 10 illiyi münasibətilə təbrik etdi, əməkdaşlara real faktlara əsaslanan, qərəzsiz yazılar yazmağı tövsiyə etdi, bildirdi ki, qəzet ictimai-siyasi həyatın güzgüsüdür. Bu güzgüdə rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən dəyişikliklər öz əksini operativ surətdə tapmalıdır.

Əməkdaşlar adından çıxış edən Əvəz Nəsirov həmikarlarını təbrik edərək, onların adından rayon rəhbərinə mətbuat işçilərinə göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını bildirdi. Tədbir çay süfrəsi arxasında davam etdirildi. Rayon rəhbəri redaksiyanın, eləcə də əməkdaşların qayğıları ilə maraqlandı. “Yeni Tərtər”in 10 illiyi münasibəti ilə rayon rəhbəri qəzetin redaksiyasına hədiyyə təqdim etdi. Tədbirin sonunda kollektiv rayon icra hakimiyyətinin başçısı ilə xatirə şəkli çəkdirdi
.

“Yeni Tərtər”in 10 yaşı tamam oldu
“Yeni Tərtər”in 10 yaşı tamam oldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1116 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...