Kapitalbank Texnologiya Universiteti ilə bağlı yazıya etiraz edir

Kapitalbank Texnologiya Universiteti ilə bağlı yazıya etiraz edir


Bu gün “Gündəminfo” xəbər portalında Kapital Bankla bağlı yazılanlar - BU YAZIDA həqiqətdən uzaq və qərəzlidir. Yazıda dəqiqləşdirilməmiş məlumatların yer alması və qarşı tərəfin mövqeyinin öyrənilməməsi peşəkar jurnalistika prinsiplərinə ziddir.Yazılanların oxucular tərəfindən yanlış anlaşılmaması üçün xahiş edirik bankın məsələyə olan münasibətini dərc edəsiniz.

Kapital Bankın məsələyə münasibəti

Azərbaycan Texnologiya Universitetində ödənişli əsaslarla təhsil alan tələbələrə müəyyən şəxs tərəfindən Kapital Bank adından saxta arayışların hazırlanaraq təqdim edilməsinə görə Kapital Bank heç bir məsuliyyət daşımır. Arayışlarla bağlı nəzərinizə çatdırırıq ki, Kapital Bankın 89 rayon və şəhər filialının hər birində müştərilərə ödənişin həyata keçirildiyini sübut edən təsdiqedici sənəd verilir və ödəniş haqqında məlumatlar yenidən lazım olduğu halda, sənəd təkrarən təqdim edilə bilər.
Bu işlə əlaqədar Kapital Bankın Gəncə filialında daxili araşdırma aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb. Fəaliyyətində şəffaflığı əsas prinsip kimi rəhbər tutan Kapital Bank, adının bu işdə hallanmasını qəti şəkildə yolverilməz hesab edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...