Sınaq imtahanının nəticələri açıqlanıb

Sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Mərkəzdən APA-ya verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 29925 abituriyentdən 417 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 1 abituriyent imtahandan xaric olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
704 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...