Daşkəsəndə baş vermiş təbii fəlakətlə bağlı təmir-bərpa işləri aparılır

Daşkəsəndə baş vermiş təbii fəlakətlə bağlı təmir-bərpa işləri aparılır


Məlum olduğu kimi Daşkəsən rayon ərazisində 24 mart 2018-ci il tarixdə baş vermiş təbii fəlakət – güclü külək əsməsi və qasırğa nəticəsində rayonun çoxsaylı sosial, inzibati və çoxmərtəbəli yaşayış binalarına dəymiş ziyanların tez bir zamanda aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndə və mütəxəssisləri, Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinin iştirakı ilə birgə yerlərdə baxış keçirərək ziyanın həcmini müəyyən edib sənədləşdiriblər.
Bir sözlə, baş vermiş bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hazırda müvafiq təmir-bərpa işləri aparılır.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən görülən ardıcıl işlərin gedişatı barədə Prezident Administrasiyasına, hörmətli Ramiz Mehdiyevə mütəmadi məruzə olunur.
Hazırda da, gördüyünüz kimi, rayonda təmir-bərpa işləri yüksək səviyyədə davam etdirilir.
Amma dünən Əli Kərimli bu təbii fəlakətin vurduğu ziyanların Daşkəsəndə olmadığını deyib görülən işlərə qara yaxaraq camaatı qızışdırmaq üçün özünün bəzi müxalifət saytlarında dolayı yollarla şantaj, böhtan, qərəzli yazılar yazdırıb. Belə ki, yazılar bu yalanlar qətiyyən həqiqətə uyğun deyildir.
Bu təbii fəlakətin vurduğu ziyanları rayona gəlmiş ayrı-ayrı televiziya kanalları, KİV nümayəndələri lentə alıb, yazıb, bütün televiziya kanallarında efirə gedib. O cümlədən də, 27 mart 2018-ci il tarixdə rayona gəlmiş “Yeni Müsavat” qəzetinin müxbirinə Daşkəsən ərazində baş vermiş təbii fəlakətlə bağlı verdiyim geniş müsahibəmdə ciddi faktları – Əli Kərimlinin ərəb bacanağı Seyfəddin Kamounun erməni lobbisi ilə birgə Azərbaycana qarşı xəyanətkarlığını açıqlamışam və onların ermənilərlə işbirliyi haqqında təsdiqini tapan məlumatı vermişəm.
Bu gün məhz buna görə öz müxalifət saytlarında Əli Kərimli Daşkəsəndə təbii fəlakətin olmadığını elan etdirir, görülən işlərə qara yaxır, qərəzli, şantaj, böhtan, boşboğaz çıxışları ilə ictimaiyyəti aldatmaqla məşğuldur.
O öz belə çirkin planlarını həyat keçirməkdən ötrü gənclərin beynini zəhərləyir, amma öz övladlarını, ailəsini Londonda, İngiltərənin mərkəzində yaşadır.
Bütün Azərbaycan xalqı Əli Kərimlinin qara-qura işlərlə məşğul olduğunu yaxşı bilir. Təsəvvür edin ki, bu adam 2005-ci ildən işləmir, heç bir yerdən də maaş almır. Di gəl isə bahalı avtomobillərdə gəzir, cangüdənlər saxlayır.
Həyat yoldaşı Samara Seyidova Londonun mərkəzi küçələrinin birində ətriyyat mağazası, gözəllik salonu işlədir, baldızı Aytən Kamounun milliyyətcə tunisli olan 1977-ci il təvəllüdlü əri Seyfəddin Kamouna məxsus Londonun Qreyt Portland küçəsi 85 ünvanında yerləşən Daymondz Serç Marketinq Məhdud Məsuliyyətli Cəmiyyəti qızıl-brilyant, hotelçilik biznesi ilə məşğuldur. Həmin MMC-nin səhmlərinin 35 faizi cəmiyyətin təsisçisi və rəhbəri Seyfəddin Kamounun, 25 faizi Əli Kərimlinin, 40 faizi isə baldızı Aytən Kamounundur.
2015-ci ilin yanvar ayından etibarən sözügedən MMC-nin əməkdaşlıq etdiyi hotellər şəbəkəsi bunlardır:
1. Hiltop İn Syutiz;
2. La Rezerv Hotel Spa Ciniv;
3. Saus Biç Rezidenz;
4. Hotel Kompas Bled.
Yuxarıda göstərilən həmin bu hotellər şəbəkəsi əsasən erməni lobbisi ilə sıx iş birliyindədirlər. Məsələn, Hiltop In Syutiz. Bu hotel şirkətinin baş ofisi ABŞ-da yerləşir. Amerikada yerləşməklə radikal erməni lobbisi ilə bağlı əlaqələri olduğu məlumdur. İnternet axtarış sistemində bu məlumatları istənilən şəxs baxıb görsə, faktlar tam öz təsdiqini tapacaqdır.
Daymondz Serç Marketinq Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlıq etdiyi hotellər şəbəkəsindən biri də La Rezerv Hotel Spa Ciniv hoteli İsveçrədə yerləşsə də, əslində Fransa brendidir. Bu hotellər şəbəkəsinin də erməni lobbisi ilə bunların güclü əlaqələri vardır. Onlar ermənilərin Azərbaycan və türk dünyası əleyhinə keçirdikləri tədbirlərə təşkilati dəstəklər verirlər, Azərbaycan əleyhinə həmin hotellərin zalında toplantılar keçirməklə şantaj, böhtan, qərəzli, əsası olmayan şayiələri təbliğ edirlər, xarici saytlarda yayırlar.
Göründüyü kimi Əli Kərimlinin ən yaxın ailə üzvləri ermənilərlə ortaq biznes layihələrindən pul qazanır, həmin pulların bir hissəsini oğlu Türkel Kərimli atası Əli Kərimliyə göndərir. Burdan da tamamilə məlum olur ki, Əli Kərimlinin oğlu ailəsi Londonda erməni biznesi ilə qaynaqları hesabına yaşayırlar.
Əli Kərimlinin oğlu bacanağı Seyfəddin Kamounun yanında işləyir. Xalası Aytən Kamounla birgə qazandığı pullardan bacısı oğlu Türkel Kərimliyə də verir. Amma Əli Kərimli isə youtube-də paylaşdığı videoların birində danışaraq deyir ki, oğlum Londonda milyonerlərə tikinti layihələri çəkir və o layihələrdən əldə etdiyi pulla yaşayır və məni də yaşadır.
Bu dedikləri tamamilə yalandır. Oğlunun heç bir layihədən xəbəri yoxdur. Doğma xalası Aytənlə və xalasının əri Seyfəddin Kamounla ermənilər ilə birgə işbirliyindədir. Azərbaycan qarşı təxribat yönümlü layihə planlarının hazırlayırlar. Bu məkrli planların hazırlanmasında Əli Kərimlinin özü və yaxın qohumları iştirak edirlər.
Londonda ermənilərlə şərikli biznesə yatırılan pulların mənbəyi də baldızı Aytən vasitəsilə vaxtilə qaynı Elnur Seyidovun əli ilə Azərbaycan banklarından çıxarılan milyonlardır.
Elnur Seyidov vaxtilə Yasamalda "Texnikabank"da filial müdiri işləyirdi. Həmin bu dələduzluqlarına, saxta əməliyyatlara görə həbs edildi. Əli Kərimli isə azadlıqda qalmaqla dövlətimizin milyonlarla pulunu mənimsəyib. Özü və baldızı 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-nə kimi banklardan 9 milyona yaxın nağd pul çıxarıblar. Həmin bu milyonlar vasitəsi ilə baldızı Aytən Seyidova Tunis əsilli, ermənilərə yaxınlığı ilə seçilən əri Seyfəddin Kamounla hazırda Londonda yaşayır.
Bu faktlar yoxlanın aşkarlandıqda tam təsdiqini tapacaqdır. Məlum olacaqdır ki, "Texnikabank"ın sabiq filial müdiri Elnur Seyidov bacısı Aytən Seyidovanın əri ilə Azərbaycan banklarından çıxarılan milyonların vasitəsilə ermənilərlə işbirliyindədirlər.
Jurnalist araşdırılması apararaq görə bilərsiniz ki, Əli Kərimli hansı çirkin siyasi oyunbazlıqlar ilə məşğuldur. Özünü cəfakeş, ana müxalifət lideri kimi təqdim edir, amma ailəsi və özü oliqarxlar kimi yaşayır. Bütün danışdıqları da boşboğazlıqdan başqa bir şey deyil.
Bu gün müasir Azərbaycan Respublikası özünün ən işıqlı dövrünü yaşayır, xalqımız da əmin-amanlıq, sülh şəraitində ömür sürür.
Daşkəsəndə Prezident seçkilərinə hazırlıq ilə bağlı qanunamüvafiq, Seçki Məcəlləsinin tələblərinə uyğun işlər görülüb, əhali də seçkilərə tam hazırdır. Daşkəsənlilər qarşıdan gələn seçkidə yüksək səviyyədə fəallıq göstərəcəklər.
Çox maraqlısı budur ki, Əli Kərimli martın 31-nə mitinq təyin edib. Bu tarixi gün azərbaycanlılara qarşı erməni-daşnak qüvvələrinin soyqırım törətdikləri gündür. 1918-ci ilin 31 martında Bakıda, Qubada, Şamaxıda və Azərbaycanın bir çox ərazilərində erməni daşnakları soydaşlarımızı kütləvi şəkildə amansızlıqla qətlə yetiriblər. Təsəvvür edin, bu soyqırımın 100-cü ili tamam olan gün Əli Kərimli mitinq keçirir, hakimiyyət davası aparır. Londonda yaşayan qohumları ilə birgə Avropada Azərbaycan dövləti əleyhinə təxribatlar təşkil edir, Bakıda isə Şəhidlər Xiyabanını ziyarət edənlərin qarşısını alır, insanları kütləvi mitinqlərə, anarxiyaya, xaosa çağırır, öhdəlik götürüb aldığı pulların hesabatını xaricdəki havadarlarına verir.
Xalqımız Şəhidlərimizin əziz ruhuna dərin ehtiram əlaməti olaraq, onları ziyarət etməklə erməni lobbisinin, Əli Kərimlinin Londondakı biznes ortaqlarının tapşırığı ilə təşkil olunan bu mitinqdə iştirak etməyəcək, şübhəsiz ki, bu barədə fikirləşib düşünərək görəcəklər ki, həqiqətən bü üzdən iraq Əli Kərimli xəyanətkardır.İstər keçmişdə də, istərsə də bu gün. Mən vaxtilə Milli Məclisdə onun kimliyini başa salmışam, o vaxtdan Məclisdən qovulub. Ona məsləhətim budur ki, başını aşağı salıb öz ailəsini fikirləşsin.
Daşkəsəndə baş vermiş təbii fəlakətlə bağlı təmir-bərpa işləri aparılır
Daşkəsəndə baş vermiş təbii fəlakətlə bağlı təmir-bərpa işləri aparılır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...