“Babam Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib”

“Babam Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib”

"Mənim babam Qaçaq Məhəmməd Gəncəli 1918-ci ildə Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib. Mən bundan qürur duyuram”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri”nin açılış mərasimində Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay deyib.

“Bütün şəhidlərimizə rəhmət diləyirəm. Yaşasın, Azərbaycan-Türkiyə dostluğu” - deyə, nazir müavini əlavə edib.

Qeyd edək ki, turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandalarının iştirakı ilə martın 9-11-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...