Yanğında ölənlərin ailələrinə maddi yardım ediləcək

Yanğında ölənlərin ailələrinə maddi yardım ediləcək

Respublika Narkoloji Mərkəzdə baş verən yanğın zamanı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi yardım göstəriləcək.

AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması ilə bağlı sərəncamında qeyd olunub.
Dövlət Komissiyasına yanğın nəticəsində xəsarət alan şəxslərin müalicəsinin təmin edilməsi tapşırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub. İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...