“Uşaqlara belə zülm etmək olmaz” - Firudin Cəlilov

“Uşaqlara belə zülm etmək olmaz” -
“Bu gün dostlarım çox xoş sözlərlə məni təbrik edirlər. Təhsil sahəsində gördüyüm işləri xatırladıb, təşəkkürlərini bildirirlər. Test imtahanı ilə qəbul olunanlar daha çox yazır. Hər bir insan həyatında xalqı, dövləti üçün nəsə etməlidir və mən də vaxtında bunları etmişəm”.
Bunu Bakupost.az -a açıqlamasında bu gün 77 yaşı tamam olan sabiq Təhsil naziri, professor Firudin Cəlilov deyib.
O, təhsil sahəsindəki problemlərdən də danışıb:
“Təkcə təhsil deyil, səhiyyə, mədəniyyət və bir çox sahələrdə islahat lazımdır. Baxışlar dəyişməlidir, biz artıq 21-ci əsrdəyik. Keçən əsr təhsildə tətbiq olunan üsullar keçmişdə qaldı. İndi texnologiya əsridir, proqramlar, dərsliklər dəyişməlidir, aşağı siniflərin yükü azalmalıdır”.
F.Cəlilov təhsil sahəsindəki yeniliklərlə bağlı dünya təcrübəsindən faydalanmağın vacib olduğunu bildirib:
“İndi dərsliklərə baxanda görürəm ki, universitetdə öyrəndiyimiz məsələləri indi 4-cü, 5-ci sinfin dərsliklərinə salıblar. Uşaqlara belə zülm etmək olmaz. Ümumiyyətlə, məktəb sistemində böyük islahat lazımdır. Bunu dəfələrlə demişəm. Gedib Finlandiyada təhsili öyrənmək və gəlib burda tətbiq etmək lazımdır. Amma təəssüf ki, bunu etmirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...