Daşkəsəndə ümumdünya mülki müdafiə günü tədbiri - FOTOLAR

Daşkəsəndə ümumdünya mülki müdafiə günü tədbiri -

1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Daşkəsən rayonunun idarə, müəssisə və təşkilatlarında, o cümlədən ümumtəhsil məktəblərində tədbirlər həyata keçirilib.

Maarifləndirici və təbliğat xarakterli tədbirlərin məqsədi əhalinin yarana biləcək fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı davranış qaydalarına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə köməklik göstərilməsi olub.

Mülki Müdafiə Günü ilə bağlı Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə keçirilən praktik tədbirdə öncə əlamətdar günün tarixinə nəzər salınıb. Xatırladılıb ki, "Ümumdünya Mülki Müdafiə Günü" 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə işlərinin təşkilatçısı və icraçısı Elmar Əliyev çıxışında bildirib ki, ölkə əhalisinin təhlükəsizliyini özünün prioritet vəzifəsi hesab edən Azərbaycan Dövləti insanların təhlükəsiz şəraitdə yaşaması üçün lazımi tədbirləri uğurla həyata keçirir. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli müvafiq sərəncamına əsasən respublikamızda təbii fəlakətlərin, texnogen mənşəli qəzaların və yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunması, ölkədə mülki müdafiə işinin təşkili və həyata keçirilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yaradılması bu sahədə yığılıb qalan problemlərin həllində önəmli rol oynayıb.

E.Əliyev onu da qeyd edib ki, hər il sentyabr ayında rayonun bütün ümumtəhsil məktəblərində mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri ilə 3 günlük kurslar keçirilir və vaxtaşırı bu istiqamətdə tədbirlər aparılır. “Bundan əlavə, bizim təşəbbüsümüz ilə məktəblərdə xüsusi tədris qrupları yaradılıb. Habelə rayonun işləməyən əhalisi üçün də dərslər keçirilir. Ümumiyyətlə, mülkiyyət formasından asılı olmayaraq, rayonun bütün obyektlərində mülki müdafiə üzrə tədbirlər planları Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilir və həmin tədbirlərin yerinə yetirilməsinə nəzarət olunur ” – deyə o vurğulayıb.

Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının, Dövlət Yanğından Mühafizə Hissəsinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım və Təhsil şöbəsi əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər.
Məktəbin həyətində süni yanğın hadisəsi təşkil olunub və həyəcan siqnalı verilib. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagirdləri binadan təxliyə edilib. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanılıb. Əvvəlcə “112” qaynar telefon xəttinə məlumat verilib. Şagirdlərin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan “yaralılar” həyətə çıxarılıblar. Onlara ilkin tibbi yardım göstərilib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar. Yanğınsöndürmə manqasının üzvləri tərəfindən alov lokalizə edilərək söndürülüb.

Sonda tədbir iştirakçılarına və şagirdlərə baş vermiş yanğının söndürülməsi, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları, ilkin tibbi yardım, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqda ətraflı məlumatlar verilib, həmçinin tətbiq olunan müasir avadanlıqların funksiyaları izah olunub.


Daşkəsəndə ümumdünya mülki müdafiə günü tədbiri -
Daşkəsəndə ümumdünya mülki müdafiə günü tədbiri -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1950 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...