Maaşını ala bilməyən şirkət işçisi özünü yandırdı və öldü

Maaşını ala bilməyən şirkət işçisi özünü yandırdı və öldü


Altı aydır ki, çalışdığı şirkətdən pulu ala bilməyən Məhəmməd Əliyev ofisin qarşısında özünə od vurub. Azərbaycanda maaşını ala bilməyən kişi özünü yandırdı. İyul ayının 22-də özünə od vuran 1955-ci il təvəllüdlü Məhəmməd Əliyev bu gün səhər saatlarında Respublika Yanıq Mərkəzində keçinib. Mərhumun bacısı Zemfira Əliyeva ANS PRESS-ə bildirib ki, qardaşının özünü yandırmasına səbəb 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi olub: "Məvacibini ala bilməyən Məhəmməd şirkətin Sumqayıtda yerləşən ofisinə gedib. Ofisdə şirkətin rəhbər işçiləri ilə Məhəmməd Əliyev arasında mübahisə yaranıb".

Bu mübahisədən sonra M.Əliyev ofisin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Ofis işçilərinin köməyi ilə alov söndürülüb və o, dərhal Sumqayıt xəstəxanasına gətirilib. Bədəninin 85%-i yanmış Məhəmməd bir neçə gün xəstəxanada qalıb.
Həkimlər onun vəziyyətinin ağırlaşdığını görərək iyulun 25-də Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriblər. Yanıq mərkəzində 2 gün qalan Məhəmməd Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Artıq iş Sumqayıt şəhər prokurluğunda araşdırlmağa başlayıb. Prokurorluğun əməkdaşları xəstəxanaya da gəliblər. Faktla bağlı Sumqayıt Şəhər Prokurorloğunda cinayət işi açılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1232 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...