Azərbaycanda hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti dəyişəcək -

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 1-3° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, fevralın 23-dən 26-sı gündüzədək bəzi rayonlarda cənub-qərb, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...