Brent markalı neftin qiyməti 62 dollardan aşağı enib 3 həftəlik artımdan sonra
Dünya birjalarında neftin ucuzlaşması ötən həftə dayansa da, Yunanıstan ətrafında baş verən hadisələr "qara qızılın" sürətlə dəyərdən düşməsinə səbəb olur.
"APA-Economics"in xəbərinə görə, dünən Brent markalı neftin 1 barelinin qiyməti 63 dollar təşkil edirdisə, bu gün cari ilin iyun ayının 5-dən etibarən ilk dəfə olaraq, 62 dollardan aşağı enib. Beləliklə, Brent markalı neftin qiyməti 3% azalaraq 61,36 dollar təşkil edib.
Qərb analitikləri hesab edir ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə "qara qızıl" bazarına qayıtması və Yunanıstanın defolta yaxınlaşması, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır.
Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq. Məsələn, bu gedişlə, yaxın perspektivdə Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşə bilər.
Unutmaq olmaz ki, Yunanıstanın baş naziri Aleksis Tsipras Avropa Komissiyası və Beynəlxalq Valyuta Fondu ilə ölkəsinin borc öhdəliyi ilə bağlı danışıqlardan imtina edib. Bu azmış kimi, hökumət rəhbəri bu məsələni ümumxalq müzakirəsinə çıxararaq, iyulun 5-ə referendum təyin edib.
Təbii ki, neftin sürətlə ucuzlaşmasına dolların möhkəmlənməsi də təsir edir. Yeri gəlmişkən, dolların mövqeyinin güclənməsi də Yunanıstanın defolt astanasında olması ilə bağlıdır. Təkcə bir faktı bildirmək maraqlı olar ki, son 1 həftə ərzində avro dollara nisbətən 3% ucuzlaşıb.
1266 dəfə oxundu