Səhiyyə Nazirliyi 52 sahibkarı cərimələdi

Səhiyyə Nazirliyi 52 sahibkarı cərimələdi

Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin may ayı ərzində yeyinti sahəsində işləyən 52 sahibkarı inzibati qaydada cərimələyib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduqları, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdikləri üçün cərimələniblər. Bu müddətdə 20 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 278, mikrobioloji göstəricilərinə görə 204 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 2-də orqanoleptik və fiziki-kimyəvi, 2-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Bu ilin may ayı ərzində iaşə müəssisələrindən 685 yaxma nümunəsi götürülüb. Yaxma nümunələrinin heç birində bağırsaq çöpləri aşkarlanmayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...