2017-ci ilin büdcəsi noyabrda müzakirə olunacaq

2017-ci ilin büdcəsi noyabrda müzakirə olunacaq


“2017-ci ilin dövlət büdcəsi noyabr ayında Milli Məclisə təqdim ediləcək”.

Bu barədə AzVision.az-a millət vəkili Vahid Əhmədov deyib. Deputat qeyd edib ki, növbəti ilin dövlət büdcəsində neftin hansı qiymətə götürülməsi ilə bağlı müəyyən proqnozlar verilir:

“Proseslər onu göstərir ki, 2017-ci ildə neftin qiymətində ciddi artımlar olmayacaq. Neftin qiyməti hardasa 40-50 dollar arasında dəyişəcək. Hazırda gedən iqtisadi və siyasi proseslər də bunu göstərir. Hesab edirəm ki, 2017-ci ilin dövlət büdcəsində neftin qiymətini 40 dollar səviyyəsində götürmək lazımdır. Əlavə vəsait gələrsə, onu bölüşdürmək rahat olacaq”.

Qeyd edək ki, 2017-ci ilin və növbəti üç il üçün Azərbaycan dövlət büdcəsinin proqnozları və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsi Nazirlər Kabinetinə təqdim olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...