Şirvandakı partlayışa görə 4 məmur işdən qovuldu

Şirvandakı partlayışa görə 4 məmur işdən qovuldu


Bu ilin iyulunda Şirvan şəhərində hərbi zavodda baş verən partlayışla bağlı həmin zavodun vəzifəli şəxsləri işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov müvafiq əmr imzalayıb. Əmrə əsasən, “Araz” zavodunun baş mühəndisi Gündüz Bünyadov, sahə rəisi Salamat Əliyev, təhlükəsizlik xidmətinin rəisi Tofiq Quliyev və “Araz” zavodunun tabe olduğu "Üfüq" İstehsalat Birliyinin baş mühəndisi Yavər Fətullayev tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, vu il iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, xeyli sayda adam yaralanıb.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, digər zəruri prosesual hərəkətlər aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...