Baş həkim ana ölümünün səbəbini açıqladı

 Baş həkim ana ölümünün səbəbini açıqladı


Ağcabədi rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı ölüm hadisəsi qeydə alınıb.

Bu barədə AzVision.az-a xəstəxananın baş həkimi Azad Hüseynov məlumat verib. Bildirib ki, xəstə 22 yaşlı Nurlana Quliyeva xəstəxanaya sentyabrın 7-də daxil olub.

“Ana sentyabrın 7-də səhər saatlarında qeysəriyyə əməliyyatına alınıb. Uşaq köndələn gəlişi olub. Lakin bir gün sonra onun halı pisləşib. Təcili yardımla Bərdə rayon Mərkəzi Xəstəxanasından və Bakıdan həkimlər çağrılıb, xəstə dünən ikinci dəfə əməliyyata alınıb. Bütün cəhdlərimizə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Lakin doğulan qız uşağı salamatdır”.

Baş həkimin sözlərinə görə, N.Quliyeva 4-cü hamiləliyini keçirirmiş. A.Hüseynov hamilə qadının epilepsiya xəstəsi olduğunu deyib: “Nurlana Quliyeva Ağcabədidə qalsa da Bərdədə həkim yanına gedirmiş. Baş həkim kimi sentyabrın 1-dən bura təyinat almışam. Xəstənin xəstəlik tarixçəsini araşdırdıq, məlum oldu ki, həkimə vaxtında getməyib. Ginekoloq onu qəbula çağırsa da, vaxtlı-vaxtında gedib müayinələrdən keçməyib və müalicələrini almayıb”.

Hazırda meyit təşrihə verilib və ondan sonra xəstənin hansı səbəbdən öldüyü bilinəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...