Olimpiya çempionuna nazirlikdə yüksək vəzifə verildi

Olimpiya çempionuna nazirlikdə yüksək vəzifə verildi


Güləş üzrə olimpiya və dünya çempionu olan Fərid Mansurova yeni vəzifə verilib.

Gundeminfo.az yazır ki, bu barədə AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, bundan sonra F.Mansurov nazirliyin idman şöbəsinin müdiri vəzifəsində işləyəcək.

Qeyd edək ki, güləş üzrə olimpiya və dünya çempionu Fərid Mansurov Vergilər Nazirliyində işləyib. Tanınmış idmançı nazirliyin istintaq idarəsinin müstəntiqi vəzifəsində çalışıb. Tanınmış idmançı 2004-cü il Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medalına sahib olaraq Olimpiya çempionu adını qazanıb. 2007-ci ildə Bakıdakı dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan Respublikaı Prezdidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

Xatırladaq ki, sözügedən söbənin əvvəlki rəhbəri Mirkamil Rəhimov olub. Onun vəfatından sonra bu vəzifə boş qalmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
765 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...