DYP-dən avtobus qəzaları ilə bağlı müraciət

 DYP-dən avtobus qəzaları ilə bağlı müraciət


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təkrar müraciət ünvanlayıb.

İdarədən AzVision.az-a bildirilib ki, müraciətdə yay mövsümü ilə əlaqədar ayrı-ayrı regionlara səyahətə çıxan vətəndaşların, eləcə də ölkəmizə istirahətə gələn xarici turistlərin sayının artması ilə yollarda nəqliyyatın hərəkətinin intensivliyinin yüksəldiyi qeyd edilib. Yol Polisi bildirir ki, səfərə çıxanlar fərdi minik avtomobilləri ilə yanaşı, marşrut avtobuslarından, bəzi hallar da isə qeyri-müntəzəm şəkildə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə edirlər:

“Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır. Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyinin

Baş DYP İdarəsi qeyri-müntəzəm şəkildə sərnişin daşımalarının müasir, təhlükəsizlik elementləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm, yaxud sifarişli sərnişin daşıma xidmətləri göstərən şirkətlər vasitəsi ilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, belə xidmətlər ayrı-ayrı şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 qaynar-xətt telefonuna müraciət olunmasını və ya BDYPİ-nin elektron poçtuna yazılı müraciət göndərilməsini tövsiyə edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1034 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...