100 nəfərə “Əmək veteranı” adı verildi

100 nəfərə “Əmək veteranı” adı verildi

Bu il 100 nəfərə “Əmək veteranı” adı və vəsiqəsi verilib. Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, “Əmək veteranı” adı alanların 74-ü kişilərdir. Yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlar (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) “Əmək veteranı” adı və vəsiqəsi almaq hüququna malikdirlər.

Bu ad və vəsiqə onlara işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən, pensiyaya çıxmış şəxslərə isə sonuncu dəfə işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən verilir. Hazırda işlədiyi və ya sonuncu iş yeri qeyri-dövlət müəssisəsidirsə, yaxud müəssisənin yuxarı mərkəzi icra orqanı yoxdursa işləyən, yaxud da pensiyaya çıxmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək veteranı” adı və vəsiqəsi ilə təmin olunurlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...