Azərbaycanın bu il tütün məmulatları idxalı 2 dəfə azalıb

Azərbaycanın bu il tütün məmulatları idxalı 2 dəfə azalıb


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 89 217,18 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib

Gundeminfo.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk yeddi ayına nisbətən 50,01% (2 dəfə) azdır. Nəticədə, 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,88%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 5 914,17 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 48,91% çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,13%-nə bərabər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
751 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...