`Yeni sədr seçilməyib`- YAP təkzib yaydı

`Yeni sədr seçilməyib`-


Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatına yeni sədr seçilməsi barədə məlumatlara münasibət bildirib.

AzVision.az xəbər verir ki, hakim partiyanın yaydığı məlumatda bildirilir:

-Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev avqust ayının 12-də qəfl dünyasını dəyişdikdən sonra bəzi mətbuat orqanlarında güya onun yerinə kiminsə “təyin edilməsi” haqqında həqiqəti əks etdirməyən və görünür hansısa məqsədlərə xidmət göstərən məlumatlar yayılmağa başlayıb.

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə görə, partiyanın rayon təşkilatının sədri tutduğu vəzifəni bu və ya digər səbəbdən icra edə bilmədikdə, onun səlahiyyətlərini növbədənkənar konfransda sədr seçilənə qədər sədrin müavini icra edir. Ağdam rayon təşkilatında yeni sədrin seçilməsi ilə əlaqədar konfrans keçirilməyib .



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...