Ticarət mərkəzindəki yanğında zəhərlənənlər evə buraxılıblar

Ticarət mərkəzindəki yanğında zəhərlənənlər evə buraxılıblar


Bu gün səhər saatlarında Bakının Sabunçu rayonundakı “BİG” Store ticarət mərkəzində baş verən yanğın nəticəsində tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıb.

Bu barədə Trend-ə 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Məlumatda bildirilir ki, hadisə ilə bağlı şöbəyə 10 nəfər zəhərlənmə ilə müraciət edib. Müraciət edənlərdən 5 nəfər azyaşlı olub: "Həmin şəxslərə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...