Şəkidə 76 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

Şəkidə 76 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb


Şəkidə 76 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 9-dan 10-a keçən gecə Şəki şəhəri Əliheydər Qarayev küçəsi ev 13 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Ziyəddin Həsən oğlu Abdurahmanov bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, Z. Abdurahmanov yaşadığı evdə pilləkəndən yıxılaraq ağır bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...