Polkovnik-leytenant Raqub Orucovun atası insult keçirdi - Laqeydsizlik iddiası

Polkovnik-leytenant Raqub Orucovun atası insult keçirdi -


Polkovnik-leytenant, şəhid Raqub Orucovun atası İbrahim Orucov insult keçirib. Bu barədə Qaynarinfo.Az-a şəhidin qardaşı Orucov Zabil məlumat verib.

Şəhidin qardaşının sözlərinə görə, Raqub Orucovun atası dəfələrlə oğlunun “Milli Qəhrəman” statusu üçün aidiyyatı orqanlara müraciət edib və ancaq onu qəbul edən olmayıb. Nəticədə şəhidin atası bu laqeyidsizlikdən narahat olaraq, insulut keçirib:

"Artıq 20 günə yaxındır ki, insult keçirib, vəziyyəti ağırdır. Sumqayıt şəhərində 1 saylı yataqxanada yaşayırlar. Dəfələrlə özü Müdafiə Nazirliyinə gedib, orda isə yumşaq desək başdan edilib. Raqufa “Milli Qəhrəman” adını çox görürlər. Qapılarda gəzməkdən kişi ölümcül hala düşdü. İndi tək arzusu da elə budur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...