"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının bütün təşəbbüslərini dəstəkləyir"

"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının bütün təşəbbüslərini dəstəkləyir"

Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabla görüşüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ilk olaraq ÜST-lə Azərbaycanın əlaqələrinin tarixindən danışılıb.

Nazir öz növbəsində bildirib ki, bu münasibətlər 1992-ci ildən etibarən başlanıb və daha da inkişafı və genişləndirilməsi üçün Səhiyyə Nazirliyi kifayət qədər səy göstərib. O. Şirəliyev Azərbaycanın ÜST-ün bütün təşəbbüslərini dəstəklədiyini və onların həyata keçirilməsində yaxından iştirak etdiyini qeyd edib.

J. Yakab ÜST-lə Azərbaycanın uğurlu münasibətlərindən danışaraq bu münasibətlərin gələcəkdə də genişləndirilməsi üçün bütün səylərdən istifadə edəcəklərini vurğulayıb.

Görüşdə sağlam həyat tərzinin təşviqi, ÜST qətnamələrinin yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və s. bu kimi məsələlər müzakirə olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...